Bakı istintaq təcridxanasına qadağan olunmuş əşyaların keçirilməsinin qarşısı alınıb

Bakı istintaq təcridxanasına qadağan olunmuş əşyaların keçirilməsinin qarşısı alınıb
# 18 noyabr 2013 15:26 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Penitensiar xidmətin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan edilmiş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.


Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan 1988-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Ramil Həsən oğlu Əsgərovun yanına qısamüddətli görüşə gəlmiş şəxs Fərəqət Qurban oğlu Novruzovun gətirdiyi əşyalara və üzərinə baxış keçirilib. Bu zaman əynindəki pencəyin sol döş cibindən daxilində “Nar” danışıq kartı olan 1 ədəd “Nokia” markalı mobil telefon aparatı və pencəyinin sol yan cibindən 1 ədəd zavod istehsalı olan özü açılan bıçaq aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR