Hüquq müdafiəçisi Ramil Usubovla görüşüb

Hüquq müdafiəçisi Ramil Usubovla görüşüb
# 03 iyun 2014 10:19 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov daxili işlər naziri Ramil Usubovla görüşüb.

Bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, 1 saat davam edən görüşdə insan hüquq və azadlıqları mövzusunda söhbət ediblər: “Bizə edilən müraciətlər, keçirdiyimiz monitorinqlər zamanı aşkar olunan nöqsanlar barədə nazirə məlumat verdim. Həmçinin bildirdim ki, Horadiz şəhərində polis şöbəsinin müvəqqəti saxlanma yeri olmadığı üçün saxlanılan şəxslər Beyləqana aparılır, bu isə narahatlıq yaradır. Nazir mənim yanımda tikinti şöbəsinə göstəriş verdi ki, Horadiz Polis Şöbəsi üçün müvəqqəti saxlanma yeri tikilsin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR