Yadigar Sadıqovun cinayət işi üzrə keçiriləcək məhkəmənin vaxtı məlum olub

Yadigar Sadıqovun cinayət işi üzrə keçiriləcək məhkəmənin vaxtı məlum olub
# 28 oktyabr 2013 14:45 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Müsavat Partiyasının Divanının toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda partiyanın başqanının müavini Tofiq Yaqublunun məhkəmə prosesinin noyabrın 4-də Şəki Ağır Cinayətlər məhkəməsində, partiyanın başqanının müşaviri Yadigar Sadıqovun məhkəmə prosesinin isə noyabrın 5-də Lənkəran Rayon Məhkəməsində başlanacağı haqqında məlumat verilib. Həmin məhkəmələrdə partiyanın rəhbərliyinin və rayon təşkilatı üzvlərinin iştirakı vacib hesab edilib.

Sonda cari məsələlərə baxılıb.

Qeyd edək ki, Y. Sadıqov II qrup Qarabağ əlili Rəşid Fərman oğlu Kərimova qarşı xuliqanlıq hərəkəti etməkdə təqsirli bilinir. Onun barəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. Bir müddət əvvəl Lənkəran Rayon Məhkəməsi Y. Sadıqov barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib. İbtidai istintaq tamamlandıqdan sonra baxılmaq üçün Lənkəran Rayon Məhkəməsinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR