İran Pakistana nota verib

İran Pakistana nota verib
# 10 fevral 2014 13:45 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İran Pakistana nota verib. APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, buna səbəb İran-Pakistan sərhədində 5 İran sərhədçisinin qaçırılmasıdır.

Məsələ ilə bağlı Pakistanın Tehrandakı səfiri Nur Məhəmməd Cədmani İran Xarici İşlər Nazirliyinə çağırılıb və ona rəsmi etiraz məktubu təqdim olunub.

Qeyd edək ki, fevralın 7-də axşam saatlarında İranın Pakistanla sərhəd Sistan və Bəluçistan vilayətinin Cəkigir bölgəsində 5 sərhədçi itkin düşüb. Hadisədən dərhal sonra onların taleyini müəyyənləşdirmək üçün araşdırmalar başlayıb. Bir müddət sonra İran bəluçlarının hüquqları uğrunda silahlı mübarizə aparan “Ceyşül Ədl” məlumat yayaraq qruplaşması hadisənin məsuliyyətini öz üzərinə götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR