Abşeronda naməlum avtomobil piyadanı vuraraq öldürüb

Abşeronda naməlum avtomobil piyadanı vuraraq öldürüb
# 23 aprel 2014 10:30 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Azərbaycanda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, aprelin 22-də saat 21 radələrində Abşeron rayonu Novxanı kəndinin ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən kənd sakini Rəvanə Abbasova vurulub. Piyada hadisə yerində dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR