Şəkidə avtomobil piyadanı vuraraq öldürüb - VİDEO

Şəkidə avtomobil piyadanı vuraraq öldürüb - <span style="color: red;">VİDEO
# 13 sentyabr 2013 09:57 (UTC +04:00)

Şəki. Vüqar Heydərov - APA. Şəkidə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Şəki şəhər-rayon Polis Şöbəsindən (ŞRPŞ) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə Şəki rayonunun Biləcik kəndi ərazisində baş verib. Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü Əhmədov Aqil Abid oğlu idarə etdiyi “Hyundai” markalı 90 HJ 663 dövlət nömrə nişanlı avtomobillə Şəki-Qax yolunda hərəkətdə olarkən yolun kənarındakı piyada Şəki rayonu Biləcik kənd sakini, 1948-ci il təvəllüdlü Hacıyev Aydın Nəzir oğlunu vurub. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada Aydın Hacıyev hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Şəki ŞRPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR