Lənkəranda “Natiqlik məktəbi” layihəsinin təqdimatı keçirilib - FOTO

Lənkəranda “Natiqlik məktəbi” layihəsinin təqdimatı keçirilib  - <span style="color: red;">FOTO
# 29 oktyabr 2013 20:02 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Lənkəranda “Kəşf olunan innovativ və kreativ gənclik” mövzusunda “Natiqlik məktəbi” layihəsi çərçivəsində ilk təlim sessiyası keçirilib. Layihənin rəhbəri Samir Salayevin APA-nın cənub bürosuna verdiyi məlumata görə, “Natiqlik məktəbi” layihəsinin məqsədi regionda yaşayan gənclərdə natiqlik bacarıqlarının inkişafı, öz fikrini sərbəst və məntiqli ifadə edə bilən gənc nəslin formalaşdırılmasıdır. Təlim sessiyası zamanı Lənkəran şəhərində yaşayan 25 nəfər gənc fəal üçün “Ünsiyyət”, “Natiq- Auditoriyada“, “Natiqlik sənəti” mövzularında effektiv seminarlar təşkil olunub. Tədbirin sonunda gənc natiqlər növbəti sessiyalarda çıxış etmək üçün mövzular üzrə seçimlərini edərək mövzuya hazırlaşmaq qaydalarını mənimsəyiblər.

S.Salayevin sözlərinə görə, layihə çərçivəsində nəzərdə tutulan növbəti 4 sessiyada natiqlik bacarıqlarına yiyələnmiş gənclərin auditoriya qarşısında çıxışları praktiki olaraq təmin olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR