Şirvan Şəhər Polis Şöbəsinin müvəqqəti saxlanma yerinə narkotik vasitə keçirilməsinin qarşısı alınıb

Şirvan Şəhər Polis Şöbəsinin müvəqqəti saxlanma yerinə narkotik vasitə keçirilməsinin qarşısı alınıb
# 02 noyabr 2013 10:39 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı - APA. Şirvan Şəhər Polis Şöbəsində məhbusların müvəqqəti saxlanma yerinə narkotik vasitə keçirilməsinin qarşısı alınıb.

Şirvan Şəhər Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, oktyabrın 29-da məhbusların müvəqqəti saxlanma məntəqəsinin polis əməkdaşları tərəfindən müəssisəyə narkotik vasitənin keçirilməsi cəhdinin qarşısı alınıb.

Apelyasiya şikayətinə baxılması üçün Şirvan Şəhər Polis Şöbəsinin müvəqqəti saxlanma yerinə gətirilmiş Şirvan şəhəri 20 yanvar küçəsi 1, mənzil 42 ünvanında yaşayan, 1988-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 182.2.3 maddəsi ilə təqsirli bilinərək 6 il azadlıqdan məhrum edilmiş məhkum Rəhimov Fərid Rafiq oğluna gətirilən sovqata baxış keçirilib.

Baxış zamanı sovqatda olan biskvitin içərisində 1 ədəd sellofana bükülmüş, xalis çəkisi 0,895 qram olan tiryək aşkar edilərək götürülüb. Araşdırmalar zamanı məlum olub ki, narkotik vasitə adı çəkilən məhbusa Şirvan sakini Leytenant İbrahimov küçəsi 8, mənzil 18-də yaşayan, 1981-ci il təvəllüdlü Əliyev Əvəz Kərim oğlu tərəfindən göndərilib. Şirvan polisi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Əvəz Əliyev saxlanıb.

Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR