Bakı Neft Emalı Zavodu və “Azerneftyağ"dan ildə 21 mln. kubmetrdən çox sənaye çirkab suları təmizlənir

Bakı Neft Emalı Zavodu və “Azerneftyağ"dan ildə 21 mln. kubmetrdən çox sənaye çirkab suları təmizlənir
# 06 iyun 2014 08:12 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu və “Azerneftyağ” neft emalı zavodundan ildə 21 mln. kubmetrdən çox sənaye çirkab suları təmizlənir. Eyni zamanda 40 min kubmetrə qədər neft şlamı çirklənmiş ərazi zərərsizləşdirilir.

Bunu “APA-Economics”ə ərazinin təmizlənməsi işlərini aparan “Ekol Mühəndislik Xidmətləri" QSC-nin İctimai sosial şöbəsinin müdiri Fəxrəddin Quliyev bildirib.

O, bildirib ki, QSC-nin torpaqların rekultivasiyası departamenti “Bakı Ağ Şəhər” layihəsi ərazisində, o cümlədən "Azərneftyağ"ın köhnə sənaye obyektlərindən neftlə çirklənmiş torpaqların daşınması işlərini də həyata keçirirlər.

F. Quliyev əlavə edib ki, bu il müddətində isə ərazidən 395 min kubmetrə qədər neftlə çirklənmiş torpaqların daşınmasını təmin edilib.

Hazırda layihənin icrası davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR