DƏ-İKGF Azərbaycanın birinci xanımını təbrik edib

 DƏ-İKGF Azərbaycanın birinci xanımını təbrik edib
# 26 avqust 2013 16:05 (UTC +04:00)

Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) İdarə Heyətinin adından Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ünvanına onun doğum günü münasibəti ilə bağlı təbrik məktubu göndərilib.

DƏ-İKGF-dan APA-ya daxil olan məktubda M. Əliyevanın ictimai və dövlət xadimi kimi xidmətləri göstərilib, onun mədəniyyətlərin dialoqu prosesindəki roluna dəyər verilib, eləcə də qeyd edilib ki, nəinki müsəlman coğrafiyasında, eləcə də dünya miqyasında M. Əliyeva bir çox xanımlar üçün örnək ola bilər.

Məktubda M. Əliyevanın Azərbaycanda təhsilin, səhiyyənin, idmanın və mədəni irsin qorunması, Azərbaycanın dünyada müsbət imicinin formalaşması, dinlərin və mədəniyyətlərin dialoqu ideyasına sadiqliyi xüsusi vurğulanıb.

DƏ-İKGF M. Əliyevanın “Sivilizasiyaların İttifaqı” beynəlxalq gənclər hərəkatına göstərdiyi dəstəyə dəyər verir, o cümlədən, Qlobal Gəncliyin İnkişafı sahəsində keçirilən ilk Forumda Birinci Səfir kimi iştirak etməsinə görə ona öz təşəkkürünü bildirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR