Berndə 28 May-Respublika Günü münasibətilə rəsmi ziyafət təşkil edilib

Berndə 28 May-Respublika Günü münasibətilə rəsmi ziyafət təşkil edilib
# 28 may 2013 11:32 (UTC +04:00)

Bakı-APA. İsveçrənin paytaxtı Berndə Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən 28 May-Respublika Günü münasibətilə rəsmi ziyafət təşkil edilib. APA-nın məlumatına görə, təqribən 300 qonağın qatıldığı tədbirdə İsveçrənin federal və kantonal strukturlarının rəsmiləri, Berndə akkreditə olunmuş diplomatik korpus, ölkə ictimaiyyətinin tanınmış simaları, biznes dairələrinin nümayəndələri, eləcə də İsveçrədəki Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

Ziyafətdə istedadlı pianoçu Emil Muradovun ifasında Azərbayca milli musiqisi səsləndirilib, müasir Azərbaycanın gorüntülərindən ibarət video-çarx nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR