Meksikada 100-dən çox insan daşqın və sellərin qurbanı olub

Meksikada 100-dən çox insan daşqın və sellərin qurbanı olub
# 21 sentyabr 2013 22:32 (UTC +04:00)

Bakı-APA. Meksikada 100-dən çox insan “İnqrid” və “Manuel” fırtınalarının nəticəsində baş vermiş daşqın və sellərin qurbanı olub. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə bu gün Meksikanın DİN-in rəhbəri Anxel Osorio Çonq bildirib. Onun sözlərinə görə, 68 nəfər itkin düşmüş hesab olunur.

Təbii fəlakət ölkənin 24 ştatına ciddi ziyan vurub. Təhlükəli ərazilərdən 58 500 sakin təxliyə edilib. İlkin hesablamalara görə, 22 min ev daşqından zərər çəkib, 32 yol və 4 körpü yararsız vəziyyətə düşüb.

Bir çox yaşayış məntəqələrinə humanitar yardım helikopterlər vasitəsi ilə çatdırılır.

Qeyd edək ki, 2 gün əvvəl Qerero ştatında radarlardan itən polis helikopterinin qalıqları bu gün aşkarlanıb.

Helikopterin təpəyə çırpılması nəticəsində göyərtədə olan 5 federal polis əməkdaşı həlak olub. İnsidentin səbəbləri hələlik məlum deyil.

Helikopter Pintada yaşayış məntəqəsində yer sürüşməsi nəticəsində köməksiz vəziyyətdə qalmış sakinlərin təxliyəsini həyata keçirirmiş.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR