Səməd Seyidov: “Azərbaycan nümayəndə heyəti reallıqları başa düşən və Avropanın 47 ölkəsini birləşdirəcək namizədə səs verəcək”

Səməd Seyidov: “Azərbaycan nümayəndə heyəti reallıqları başa düşən və Avropanın 47 ölkəsini birləşdirəcək namizədə səs verəcək”
# 27 yanvar 2014 10:19 (UTC +04:00)

APA-nın Avropa müxbirinin xəbərinə görə, büronun iclasında iştirak edən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-da keçiriləcək sədr seçkisinə toxunub: “Bu gün iki namizəd AŞPA sədrliyinə iddialıdır. Bu, AŞ-nın müasir tarixində tamamilə yeni bir hadisədir və doğrudan da çox vacib bir məsələdir. Seçkilər bu gün günortaya yaxın başlayacaq və bir neçə saat çəkəcək. Çünki seçkilərdə birinci və ikinci tur da ola bilər. Hər bir halda, bu, yeni bir vəziyyətdir. AŞPA-nın üzvləri iki namizəd arasından öz seçimlərini etməlidirlər. Əminəm ki, Azərbaycan nümayəndə heyəti daha obyektiv şəkildə, reallıqları daha konkret başa düşmək qabiliyyətinə malik olan və Avropanın 47 ölkəsini birləşdirəcək namizədə öz səsini verəcək”.

S. Seyidov Azərbaycanın may ayından etibarən Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi ilə bağlı Avropa Şurası ilə Azərbaycan arasında Fəaliyyət Planı üzrə işlərin davam etdirildiyini deyib: “Müzakirələr davam edir. Bizim AŞ yanında daimi nümayəndəliyimiz və səfirimiz, o cümlədən millət vəkillərimiz bununla bağlı müəyyən məsləhətləşmələr aparırlar və Azərbaycan üçün əhəmiyyətli olan məsələləri Fəaliyyət Planı adlanan sənədə daxil edəcəklər. Bu müzakirələr faydalıdır və fəal şəkildə gedir. Planında parlamentin rolu aktiv şəkildə öz əksini tapacaq. Dediyimiz kimi, cari ilin may ayının sonunda AŞ PA-nın Daimi Komitəsinin iclasının Bakıda keçirilməsi üçün artıq hazırlıq işlərinə başlamışıq“.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR