"Kainat gözəli-2013" tituluna venesuelalı Qabriela İsler layiq görülüb - FOTO

"Kainat gözəli-2013" tituluna venesuelalı Qabriela İsler layiq görülüb - <span style="color: red;">FOTO
# 09 noyabr 2013 21:53 (UTC +04:00)

Bakı-APA. Moskvada keçirilən "Kainat gözəli-2013" tituluna “Venesuela gözəli” Qabriela İsler layiq görülüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, 120 min dollar dəyərində olan tacı qalibə "Kainat gözəli-2012” Oliviya Kalpo təqdim edib.

Qeyd edək ki, “Kainat gözəli” müsabiqəsi Moskvanın "Crocus City Hall" sarayında keçirilib. Müsabiqəyə qatılan 86 iştirakçıdan finala 16 gözəl keçib.

Tacdan əlavə “Kainat gözəli”nə 250 min dollar dəyərində hədiyyə və mükafatlar təqdim olunacaq.

Müsabiqə üç mərhələdən ibarət olub: bikini-şou, gecə libasında defile və müsahibə.

Şouda Panik! At the Disco qrupları və tanınmış müğənni, “Crocus Group” holdinqinin vitse-prezidenti Emin Ağalarov çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR