Azərbaycanda kitab nəşri sahəsindəki piratçılıq 2 dəfəyədək aşağı düşüb

Azərbaycanda kitab nəşri sahəsindəki piratçılıq 2 dəfəyədək aşağı düşüb
# 16 yanvar 2014 09:00 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan piratçılığa qarşı beynəlxalq səviyyədə mübarizənin fəal iştirakçılarından biridir. Müəllif Hüquqları Agentliyindən APA-ya verilən xəbərə əsasən, ölkədə piratçılığın səviyyəsinin azaldılması istiqamətində görülən tədbirlər müsbət nəticələr verir.

Kitab nəşri sahəsində piratçılığın səviyyəsi 2005-ci illə müqayisədə 2013-cü ildə 61%-dən 30%-ə, audio-video məhsul bazarında 90%-dən 67%-ə, proqram təminatında 96%-dən 87%-ə düşüb.

Agentlikdə müəlliflərin, digər hüquq sahiblərinin, ictimai birliklərin və müəllif-hüquq məsələləri ilə maraqlanan şəxslərin sorğularını operativ şəkildə cavablandırmaq və agentliyin səlahiyyətləri çərçivəsində müvafiq köməkliyin göstərilməsi məqsədilə 960 nömrəli “Qaynar xətt” fəaliyyət göstərir. 2013-cü il ərzində hesabat dövründə “Qaynar xətt”ə 700-ə yaxın müraciət daxil olub. Agentlikdə ictimai əsaslarla fəaliyyət göstərən “Hüquq məsləhətxanası”na isə 2013-cü ildə 500-dən çox vətəndaş müraciət edib.

2013-cü ildə müəlliflər və hüquq sahiblərinin müraciətləri üzrə bir iddia ərizəsi tərtib edilib, dövlət və məhkəmə orqanlarının sorğuları əsasında 9 ekspert rəyi hazırlanıb. Əqli mülkiyyət mədəniyyətinin formalaşdırılmasının vacibliyini nəzərə alaraq, 10 konfrans, seminar və dəyirmi masa keçirilmiş, kütləvi informasiya vasitələrində 80-dən çox məqalə və müsahibə dərc olunub, TV və radio kanallarında çoxsaylı verilişlər hazırlanıb və süjetlər göstərilib, 10-dan çox prezentasiya keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR