Bu gün Azərbaycanın müdafiə naziri Gürcüstanın baş naziri ilə görüşəcək

Bu gün Azərbaycanın müdafiə naziri Gürcüstanın baş naziri ilə görüşəcək
# 30 may 2014 10:09 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Azərbaycanın müdafiə naziri Zakir Həsənovun Gürcüstana səfəri davam edir.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu gün səfər çərçivəsində Z.Həsənov ilk öncə Heydər Əliyevin Tiflisdəki büstünü ziyarət edib. Sonra nazir M.F.Axundov adına Mədəniyyət Muzeyinə baş çəkib, ARDNŞ-ın Gürcüstan nümayəndəliyinin Tiflisdəki ofisinə baxıb.

Bu gün Azərbaycanın müdafiə naziri Batumiyə uçacaq və bu şəhərdə Gürcüstanın Polis Gününə həsr olunan tədbirdə iştirak edəcək.

Batumidə Zakir Həsənovun Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə görüşü gözlənilir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR