Sergey Lavrov: “BMT Təhlükəsizlik Şurasının Suriyaya dair qətnaməsi bu ölkəyə qarşı silahlı müdaxiləni istisna edir”

Sergey Lavrov: “BMT Təhlükəsizlik Şurasının Suriyaya dair qətnaməsi bu ölkəyə qarşı silahlı müdaxiləni istisna edir”
# 28 sentyabr 2013 10:10 (UTC +04:00)

Bakı - APA. Suriya BMT Təhlükəsizlik Şurasının şərtlərini yerinə yetirməsə, yeni qətnamənin qəbul olunması zərurəti yaranacaq.

APA-nın RİA “Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın “Birinci Kanalı”na Suriya ilə bağlı qətnamənin qəbulundan sonra müsahibə verən Rusiyanın xarici işlər naziri Serqey Lavrov deyib.

Silahlı müdaxiləni nəzərdə tutan BMT Nizamnaməsinin 7 maddəsi üzrə addımların atılmasının mümkünlüyünü şərh edən S.Lavrov bildirib ki, bu məsələ gələcəyə saxlanılıb və yeni qətnamənin qəbulunu tələb edəcək: “BMT Təhlükəsizlik Şurasının Suriyada kimyəvi silahların məhv edilməsi ilə bağlı qəbul olunan qətnaməsi bu ölkəyə qarşı silahlı müdaxiləni nəzərdə tutmur, əksinə bunu istisna edir. Qətnamədə deyilir ki, Suriyada hər hansı tərəf müfəttişlərin işinə mane olsa və ya ölkədə kimyəvi silahdan istifadə olunsa, bu faktlar barədə dərhal Təhlükəsizlik Şurasına məruzə olunacaq. Hansı tərəfin düzgün addım atmadığına dair faktlar təsdiqlənsə, o zaman 7-ci maddənin tətbiqi məsələsi gündəmə gələ bilər”.

S. Lavrov həmçinin vurğulayıb ki, BMT üzvləri, xüsusi ilə Suriyanın qonşuları Suriya hökumətinə qarşı döyüşən müxalifətin kimyəvi silahla təchiz edilməsi üçün ərazilərindən istifadə olunmasına imkan verməməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR