Bidzina İvanişvili: “Rusiya Krımdan geri çəkilməyəcək”

Bidzina İvanişvili: “Rusiya Krımdan geri çəkilməyəcək”
# 19 mart 2014 12:58 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. “Qərbin təzyiqi Rusiyaya ciddi təsir edəcək, lakin Rusiya öz qərarından geri çəkilməyəcək”. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri Gürcüstanın sabiq baş naziri Bidzina İvanişvili “İmedi” telekanalında çıxışı zamanı deyib. O bildirib ki, Ukraynanın ərazi bütövlüyü saxlanılmalıdır: “Hesab edirəm ki, Ukraynanın ərazi bütövlüyü saxlanılmalı və problem sülh yolu ilə olmalıdır. Lakin Rusiya Krım məsələsində bir addım da geri çəkilməyəcək və Qərbin təzyiqinə cavab olaraq özünün bütün resurslarından istifadə edəcək”.

B. İvanişvili Qərbin Rusiyanın Krımdakı hərəkətlərinə cavabının mötədil olacağını söyləyib: “Bu cavab 2008-ci ildə Gürcüstandakı duruma münasibətdən kəskin olacaq, lakin Rusiyanın geri çəkiləcəyi səviyyədə yox”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR