Azərbaycanda ana və iki azyaşlı uşağını maşın vurub, uşaqlardan biri ölüb

Azərbaycanda ana və iki azyaşlı uşağını maşın vurub, uşaqlardan biri ölüb
# 02 sentyabr 2013 08:15 (UTC +04:00)

Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yol-nəqliyyat hadisəsi bu gün səhər 08.45 radələrində Nobel prospektində qeydə alınıb.

Asəf Əsgərov idarə etdiyi 90-EZ-909 dövlət nömrə nişanlı, “Toyota Prado” markalı avtomobili arxadan Murad Talıb oğlu Talıbovun idarə etdiyi 99-ES-736 dövlət nömrə nişanlı KİA markalı avtomobilə çırpıb.

Zərbənin təsirindən KİA yolu keçən Ellada İsmayılovanı, qızı Fidanı və oğlu - 5 yaşlı Əlini vurub.

Nəticə Əli hadisə yerində ölüb, E. İsmayılova və Fidan isə ağır xəsarətlə Klinik Tibbi Mərkəzə yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR