Suriyaya dair ABŞ-Rusiya danışıqları təxirə salınıb

Suriyaya dair ABŞ-Rusiya danışıqları təxirə salınıb
# 27 avqust 2013 07:06 (UTC +04:00)

APA-nın məlumatına görə, Dövlət Departamentindəki mənbələr bu qərarı Suriyada kimyəvi silah tətbiqinə cavaba dair məsləhətləşmələrin davam etməsi ilə əsaslandırıblar. Onlar qeyd ediblər ki, söhbət Suriyaya dair sülh konfransına hazırlıqla bağlı danışıqların təxirə salınmasında deyil, vaxtının dəyişdirilməsindən gedir.

Qeyd edək ki, ABŞ rəsmiləri Dəməşq yaxınlığında kimyəvi silah tətbiqinin hökumət qoşunları tərəfindən həyata keçirildiyini iddia edir. ABŞ yaxın günlərdə Suriyada kimyəvi silah tətbiqinə dair yeni sübutları açıqlayacağını vəd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR