“LUKoil” 18,5 mln. dollar məbləğində cərimələnib

“LUKoil” 18,5 mln. dollar məbləğində cərimələnib
# 13 yanvar 2014 11:01 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiyanın “LUKoil” neft şirkəti 18,5 mln. ABŞ dolları məbləğində cərimələnib.

APA-nın Rusiya bürosunun məlumatına görə, Komi Respublikasında neft hasilatı ilə məşğul olan “LUKoil” kompaniyasının neft hasil edərkən ətraf-mühitə ziyan vurması səbəbi ilə 614 milyon rubl (18,5 mln. ABŞ dolları) məbləğində cərimələndiyi bildirilib.

Bundan başqa, Komi Respublikasının Meşə Komissiyası da “LUKoil”u 96 milyon rubl (3 milyon ABŞ dolları) məbləğində cərimələyib.

“Greenpeace” təşkilatının Rusiya nümayəndəliyi “LUKoil”a kəsilən cərimənin sovetlər dönəmindən sonra rekord həddə olduğunu bildirib.

“LUKoil”un 2011-ci ildən bu günə qədər 9 ayrı ərazidə ətraf mühitə ziyan vurduğu, ümumilikdə çirkləndirdiyi ərazinin 21 hektar olduğu qeyd olunub.

“LUKoil”in ona kəsilən cərimə ilə bağlı yuxarı məhkəməyə instansiyasına şikayət edəcəyi bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR