Səfirliklərdə səsvermə başladı

Səfirliklərdə səsvermə başladı
# 09 oktyabr 2013 08:26 (UTC +04:00)

Bakı - APA. Səudiyyə Ərəbistanında 3000-3500 azərbaycanlı zəvvar səs verəcək. Bu barədə Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Rasim Rzayev deyib. O, seçkiyə hazırlıq işlərinin tamamlandığını bildirib: "Bizdə iki məntəqə var. Yaxın mehmanxanalarda yaşayanlar özləri gələcəklər. Bir az uzaqda olanlar avtobuslarla gətiriləcəklər".

Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov da baş konsulluqda qurulmuş 16 saylı Yasamal seçki dairəsinin 43 saylı seçki məntəqəsində seçkiyə hazırlığın başa çatdığını deyib: "Aşkar, şəffaf, demokratik şəkildə seçkilərin keçirilməsi üçün bütün şərait yaradılıb. Konsulluq qeydiyyatından keçənlərin sayı hardasa 900 nəfərə yaxındır".

Azərbaycanın Ankaradakı səfirliyinin konsulu Şöhrət Mustafayevin sözlərinə görə, konsulluqda qeydiyatdan keçmiş 576 nəfər var: "Hazırda da əvvəllər qeydiyyatdan keçməyib hazırda Türkiyədə yaşayan eyni zamanda xüsusilə yeni təhsil almağa gələn tələbələrimiz və əvvəlcədən qeydiyyatdan keçməyib sonra seçki prosesində iştirak edən vətəndaşlarımızın qeydiyyatı davam edir. sabah da davam edəcək qanunvericiliyin tələblərinə uyğun sənədlərinin təqdim etdikdə seçkidə səs verməsi üçün bütün şərait yaradılacaq.

İrandakı səfirliyimizdən isə bildirilib ki, səfirlikdə qurulmuş 16 saylı Yasamal seçki dairəsinin 34 saylı seçki məntəqəsi səsverməyə hazırdır. 250 nəfər daimi və müvəqqəti qeydiyyatda olan seçici var. Səsvermədə əsasən Tehran, Məşəd, Qəzvindən olan tələbələr iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR