Təbrizin “Traktorsazi” futbol komandasının baş məşqçisi dəyişib

Təbrizin “Traktorsazi” futbol komandasının baş məşqçisi dəyişib
# 02 iyun 2014 13:27 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Təbrizin “Traktorsazi” futbol komandasında baş məşqçi dəyişikliyi olub.

APA-nın “Oyannews”a istinadən verdiyi məlumata görə, klub rəhbərliyi portuqaliyalı məşqçi Toni (Antonio Jose Konseçao Oliveyra) ilə yollarını ayırıb və Rəsul Xətibi klubun sükanı arxasına gətirilib. O, gələn futbol mövsümündən etibarən Təbrizin “Traktorsazi” komandasını çalışdıracaq.

Qeyd edək ki, R.Xətibi bundan əvvəl üç futbol mövsümü ərzində Təbrizin “Qostaraş-e Fulad” klubunun baş məşqçisi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR