Azərbaycanda cari transfertlər üzrə müsbət saldo müşahidə olunur

Azərbaycanda cari transfertlər üzrə müsbət saldo müşahidə olunur
# 17 dekabr 2013 11:09 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın tədiyyə balansında əks olunan cari transfertlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi dəyəri 2013-cü ilin yanvar-sentyabr ayları ərzində 2 303,8 mlrd. ABŞ dolları təşkil edib.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu məbləğin 1 177,6 mln. dolları və ya 51,1%-ni ölkəyə daxilolmalar, 1 126,2 mln. manatı və ya 49,1%-i isə ölkədən aparılan transferlər təşkil edib.

Beləliklə, cari transfertlər əməliyyatları üzrə 51,4 mln. dollar həcmində müsbət saldo yaranıb, halbuki ötən ilin üç rübü ərzində 178,9 mln. dollarlıq mənfi saldo olub.

Qeyd edək ki, ölkəyə transfertlərin həcmi 9,6%, ölkədən transfertlər isə 24,0% azalıb. Cari transfertlər üzrə ümumi daxilolmaların 96,1%-ni xarici ölkələrdən fiziki şəxslərə köçürülən pul baratları, 1,8%-ni ölkəyə gətirilən humanitar malları, 2,1%-ni isə digər daxilolmalar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR