“Stratfor” Fondunun rəhbəri: “ABŞ administrasiyasının zəifliyi ucbatından Azərbaycan kimi ölkələr Rusiya ilə münasibətlərinə yenidən baxa bilər”

“Stratfor” Fondunun rəhbəri: “ABŞ administrasiyasının zəifliyi ucbatından Azərbaycan kimi ölkələr Rusiya ilə münasibətlərinə yenidən baxa bilər”
# 17 sentyabr 2013 15:16 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə “Stratfor” Fondunun rəhbəri Corc Fridmanın bu gün işıq üzü görən “Strategiya, ideologiya və Suriya böhranının qapadılması” başlıqlı məqaləsində bildirilir.

Onun fikrincə, ABŞ prezidenti Suriyada hərbi əməliyyatlar keçirəcəyini bəyan edərkən məqsədi Suriya hökumətinə “Birləşmiş Ştatlar sizin hərəkətlərinizdən məmnun deyil” mesajını çatdırmaq olub: “Əslində Barak Obama ilk gündən Suriyaya qarşı hərbi əməliyyatlar keçirmək fikrində olmayıb. Rusiya ilə bu danışıqlar isə ona lazım idi. Obama Əsədin müttəfiqlərinin – rusların Suriyadakı kimyəvi silahların nəzarət altına alınması haqqında təminat verməsini istəyirdi. Əks halda, məcburən qeyri-effektiv hərbi əməliyyatlara əl atmaq zorunda qalacaqdı”.

C.Fridman hesab edir ki, Suriya ilə bağlı ABŞ-Rusiya danışıqları rusların üstünlüyü ilə yekunlaşıb: “İlk dəfə idi ki, SSRİ-nin dağılmasından sonra ruslar amerikalılarla bir masa arxasına bərabər hüquqlu tərəf kimi otururdular. Sanki onlar amerikalılara böhranlı vəziyyətdə özünü necə aparmaq qaydalarını öyrədirdilər”.

“Stratfor” Fondunun rəhbəri güman edir ki, bu fakt Azərbaycan kimi keçmiş SSRİ ölkələrinə təsirsiz ötüşməyəcək: “Yəni ABŞ administrasiyasının zəifliyi ucbatından onlar Rusiya ilə ikitərəfli münasibətlərinə yenidən baxa bilərlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR