Ermənilər Ağdamda daha bir evi atəşə tutublar - FOTO - VİDEO

Ermənilər Ağdamda daha bir evi atəşə tutublar - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 28 yanvar 2014 09:01 (UTC +04:00)

Ağdam. Teymur Zahidoğlu - APA. Dünən gecə Ağdam istiqamətində atəşkəsi pozan erməni silahlı bölmələri rayonun Çıraqlı kənd sakini Bilal Hüseynovun evini hədəf alıblar. APA-nın Qarabağ bürosunun xəbərinə görə, evin işıq gələn pəncərələri nişan alınsa da, güllələr divara dəyib.

Düşmənin üç tərəfdən aydın müşahidə apara bildiyi Çıraqlı sakinlərin təhlükəsizliyi üçün istinad divarları inşa olunub. Amma buna baxmayaraq, bəzi evlər hələ də açıq hədəf olaraq görünür. Ermənilər gecələr intensiv şəkildə atəşkəsi pozmağa başlayıblar.

Xatırladaq ki, son 20 gündə artıq bir neçə dəfə ermənilər Çıraqlı kəndində yaşayış evlərini atəşə tutublar.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR