Bakıda insan alveri ilə mübarizədə əməkdaşlığın möhkəmləndirilməsinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Bakıda insan alveri ilə mübarizədə əməkdaşlığın möhkəmləndirilməsinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək
# 12 noyabr 2013 12:01 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Dekabrın 6-7-də Bakıda insan alveri və məcburi əməyə cəlb etmə ilə mübarizədə əməkdaşlığın möhkəmləndirilməsinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək. APA-nın xəbərinə görə, ATƏT-in Bakı ofisi tərəfindən təşkil olunan tədbirdə Azərbaycan, Rusiya, Türkiyə, Türkmənistan, Ukrayna, Özbəkistan, Tacikistan, Serbiya, Bosniya-Herseqovina hüquq-mühafizə orqanlarının və ictimai təşkilatların nümayəndələri iştirak edəcək. Konfrans iştirakçıları insan alverinin mənbəyi, təyinatı və tranzitinə çevrilən ölkələr arasında əməkdaşlığın yaxşılaşdırılması, bu cinayətləri törətmiş şəxslərin cinayət təqibi və insan alveri qurbanlarının müdafiəsi məsələlərini müzakirə edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR