Ermənistanda avqustun 1-dən elektrik enerjisinin qiyməti qalxacaq - YENİLƏNİB

Ermənistanda avqustun 1-dən elektrik enerjisinin qiyməti qalxacaq - <span style="color: red;">YENİLƏNİB
# 10 iyun 2014 23:23 (UTC +04:00)

APA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə iyunun 10-da Ermənistan parlamentində ictimai xidmətlərin tənzimlənməsi komissiyasının sədri Robert Nazaryan bildirib.

Onun sözlərinə görə, qiymət artımı qaçılmazdır, əks təqdirdə “Ermənistan Elektrik Şəbəkəsi” çox mürəkkəb maliyyə vəziyyətində olacaq: hazırda qurumun borcu 16 mlrd 600 min dram təşkil edir.

“İnanın ki, cəmiyyətin etirazını dinləmək bizə heç də xoş deyil. Qiymətlər artmasa, 2-3 ildən sonra siz özünüz bizdən soruşacaqsınız ki, enerji sisteminin bu vəziyyətə çatmasına necə yol verdiniz”, deyə Nazaryan bildirib.

Xatırladaq ki, bu ilin iyunun 4-də Ermənistanın İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyası saatda 1 kVt elektrik enerjisinin qiymətini 3.8-4.3 drama qaldırmaq niyyətində olduğunu bəyan edib.

Bundan əvvəl, ötən ilin iyulun 7-də elektrik enerjisinin tarifi 8 dram artırılaraq günün işıqlı vaxtında saatda 1 kVt üçün 38 dram, gecə tarifi isə 28 dram müəyyən edilmişdi. Elektrik enerjisinin bahalaşması cəmiyyətdə ciddi etirazlara səbəb olmuşdu.

Beləliklə, avqustun 1-dən elektrik enerjisinin tarifi günün işıqlı vaxtında saatda 1 kVt üçün təxminən 42 dram ($0.10) , gecə tarifi isə 32 dram ($0.08) məbləğində müəyyən ediləcəyi gözlənilir.

Qeyd edək ki, iyunun 10-na olan məzənnəyə əsasən, 1 ABŞ dollarının kursu 412 dram təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR