Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ukraynada baş verən hadisələrə görə NATO ilə əlaqələri dayandırdığını bəyan edib

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ukraynada baş verən hadisələrə görə NATO ilə əlaqələri dayandırdığını bəyan edib
# 24 aprel 2014 12:22 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ukraynada baş verən hadisələrə görə NATO ilə əlaqələri dayandırır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja bu gün Moskvada keçirdiyi mətbuat konfransında bəyan edib.

Onun sözlərinə görə, KTMT NATO-nun Ukrayna böhranı müddətində tutduğu mövqeyə görə təşkilatla əlaqələrini dayandırır: “Hələlik NATO ilə əlaqələri dayandırırıq. NATO Rusiyanı və onun müttəfiqlərini şantaj edir. Şimali Atlantika Alyansı bu gün bütün cəbhələrdə KTMT üzvlərinə qarşı şantajla məşğuldur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR