Azərbaycanda qadınların cinsi istismar məqsədi ilə Rusiyaya aparılması faktı aşkarlanıb

 Azərbaycanda qadınların cinsi istismar məqsədi ilə Rusiyaya aparılması faktı aşkarlanıb
# 30 yanvar 2014 09:58 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Azərbaycan polisi qadınların cinsi istismar məqsədi ilə Rusiyaya aparılması faktının üstünü açıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Kəmalə Məmmədzadənin, Turan Ələkbərovun gəlir əldə etmək məqsədi ilə Bakı şəhərində yaşadıqları mənzillərdə əxlaqsızlıq yuvaları təşkil etmələri aşkarlanıb.

Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Esmira Mayılovanın isə qadınları Rusiya Federasiyasına aparıb cinsi istismara məruz qoyması müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR