Astarada 73 yaşlı qadını vuran sürücü saxlanılıb - YENİLƏNİB - VİDEO

Astarada 73 yaşlı qadını vuran sürücü saxlanılıb - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 05 fevral 2014 15:15 (UTC +04:00)

Astara. Ağəddin Babayev - APA. Azərbaycanın Astara rayonunda piyadanı vuran sürücü saxlanılıb.

Bu barədə məlumatı APA-nın cənub bürosuna Astara Rayon Polis Şöbəsinin (RPŞ) müstəntiqi Gündüz Abdulov verib. Onun sözlərinə görə, yol-nəqliyyat qəzası bu gün saat 14.00 radələrində Ələt-Astara magistralının 227-ci kilometrliyində - rayonun Maşxan kəndindən keçən hissəsində qeydə alınıb. Astara rayonunun Kijəbə qəsəbə sakini, 1963-cü il təvəllüdlü Nizami Abdulla oğlu Rəsulov idarə etdiyi “ Toyota Prado” markalı, 90 DK 799 dövlət nömrə nişanlı minik avtomobili ilə yolu keçmək istəyən piyada, Astaranın Maşxan kənd sakini, 1941-ci il təvəllüdlü Ağaxanım Bayraməli qızı Rəhimovanı vurub. A.Rəhimova aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

İlkin versiya kimi yol-nəqliyyat qəzanın yolun sürüşkən olması səbəbindən baş verdiyi bildirilir. Hadisənin dəqiq başvermə səbəbləri isə aparılan avtotexniki ekspertizanın nəticələrindən sonra məlum olacaq.

Faktla bağlı Astara RPŞ-də araşdırma aparılır.

***

saat 16:41

Astara. Ağəddin Babayev - APA. Azərbaycanın Astara rayonunda piyadanı vuran sürücü hadisə yerindən qaçıb. APA-nın cənub bürosunun məlumatına görə, yol-nəqliyyat qəzası bu gün saat 15.00 radələrində Ələt-Astara magistralının rayonun Maşxan kəndindən keçən hissəsində qeydə alınıb. Sürücüsünün şəxsiyyəti hələlik məlum olmayan “CİP” markalı minik avtomobili yolu keçmək istəyən piyada, Astaranın Maşxan kənd sakini, 73 yaşlı Ağaxanım Bayraməli qızı Əliyevanı vurub, daha sonra isə yolda hərəkətdə olan “KamAZ” markalı yük maşınına çırpılıb. A. Əliyeva aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. “CİP”in sürücüsü isə avtomobili hadisə yerində qoyaraq oradan qaçıb.

Hazırda polis yol-nəqliyyat qəzasını törətmiş şəxsin tapılması istiqamətində iş aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR