Azərbaycanda iqtisadi artım tempi 5,2%-ə çatıb

Azərbaycanda iqtisadi artım tempi 5,2%-ə çatıb
# 12 sentyabr 2013 10:15 (UTC +04:00)

ÜDM-in əhalinin hər nəfərinə düşən həcmi 3,9% artaraq 4 035,7 manat (5 143,6 ABŞ dolları) təşkil edib.

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,3% artıb, onun ÜDM-də xüsusi çəkisi əvvəlki ildəki 51,1%-dən 55,2%-dək yüksəlib.

ÜDM-in 63,8%-i istehsal sahələrində, o cümlədən 47,2%-i sənayedə, 11,0%-i tikintidə, 5,6%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda istehsal olunub, 29,6%-i isə xidmət sahələrinin payına düşüb.

Xidmət sektorunda əlavə dəyər istehsalının 24,5%-i ticarət və nəqliyyat vasitələrinin təmiri, 19,2%-i nəqliyyat və anbar təsərrüfatı, 7,2%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 5,8%-i informasiya və rabitə xidmətləri göstərən sahələr, 43,3%-i isə sosial və digər xidmət sahələri tərəfindən təmin edilib.

Məhsula və idxala xalis vergilər ÜDM-in 6,6%-ni təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR