Azərbaycanda ilk dəfə ictimai nəqliyyatdan istifadə etmək üçün elektron xəritə yaradılıb

Azərbaycanda ilk dəfə ictimai nəqliyyatdan istifadə etmək üçün elektron xəritə yaradılıb
# 06 dekabr 2013 10:04 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə SINAM şirkəti tərəfindən yaradılan GoMap.az Azərbaycanda ilk dəfə olaraq ictimai nəqliyyatdan istifadə üçün elektron xəritə yaradıb. Təşkilatçıların APA-ya verdiyi məlumata görə, xəritə hazırda Azərbaycanı və Gürcüstanı əhatə edir: “İndiyədək Azərbaycanın əks olunduğu bütün elektron xəritələrdə yalnız avtomobil vasitəsilə və ya piyada hərəkət etmək üçün marşrut cızmaq imkanı vardı. Gomap.az-da tətbiq edilən yeni funksiya vasitəsilə hər bir istifadəçi A nöqtəsindən B nöqtəsinə hərəkət etmək üçün avtobus və metro kimi ictimai nəqliyyat vasitələri üzrə öz fərdi marşrutunu hazırlaya bilər. Yeni funksiyadan Gomap.az saytının mobil versiyalarında da istifadə etmək mümkündür”.

GoMap.az elektron xəritəsinə 120 mindən artıq maraq nöqtəsi, 8,4 mindən artıq yaşayış məntəqəsi, 80 şəhər və qəsəbə üzrə ünvan məlumatları, 1 milyondan artıq bina və tikililər, 47 mindən artıq yol və yol qovşaqları və s. daxildir. Eləcə də GoMap.az xəritəsi üzərində bazada olan 100 000 obyektin foto şəkillərini seyr etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR