Azərbaycan və Fransa prezidentlərinin görüşü olub - FOTO

Azərbaycan və Fransa prezidentlərinin görüşü olub - <span style="color: red;">FOTO
# 29 noyabr 2013 18:22 (UTC +04:00)

Fransa prezidenti Azərbaycanın əldə etdiyi iqtisadi uğurların ölkəsində maraqla izləndiyini vurğulayıb. Fransa şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyi qeyd edilib və bu fəaliyyətin gələcəkdə də genişləndiriləcəyinə əminlik ifadə olunub.

İkitərəfli əlaqələrin genişləndirilməsi üçün qarşılıqlı marağın olduğu bildirilən görüşdə Azərbaycanla Fransa arasında əməkdaşlığın Avropa İttifaqı çərçivəsində inkişafının əhəmiyyəti qeyd edilib.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR