Azərbaycanda əsas kapitala investisiyalar 23% artıb

Azərbaycanda əsas kapitala investisiyalar 23% artıb
# 15 avqust 2013 13:45 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-iyul aylarında Azərbaycanın inşaat kompleksində 8,8 mlrd. manat məbləğində vəsait istifadə edilib. Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, istifadə edilmiş vəsaitin 66.3 faizi və ya 5,8 mlrd. manatı bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Ötən ilin yanvar-iyul aylarına nisbətən inşaat işlərinə sərf olunmuş vəsaitin həcmi 23,3%, bilavasitə tikinti-quraşdırma işlərinə yönəldilmiş vəsaitin miqdarı isə 37,9% artıb. Əsas kapitala yönəldilmiş vəsaitin 74,7 faizini və ya 6,6 mlrd. manatını daxili vəsaitlər təşkil edib.

Kompleksdə aparılmış inşaat işləri nəticəsində bir sıra istehsal və sosial obyektlər istifadəyə verilib. Yeddi ay ərzində bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 1 181,1 min kvadrat metr olan yeni yaşayış evləri, növbədə 130 nəfəri qəbul edən ambulatoriya-poliklinika müəssisələri, 5 554 şagird yerlik ümumtəhsil məktəbləri, 777 yerlik məktəbəqədər təhsil müəssisələri, 864 yerlik klub, Bakı şəhərində Gəmi təmiri və gəmiqayırma İstehsalat Birliyi, Heydər Əliyev Beynəlxalq Aeroportunda anqar kompleksi və Beynəlxalq Logistika Mərkəzi, Qaz Turbinli İstilik Elektrik Stansiyası, “Alov qüllələri” kompleksindəki “Fairmont Baku” oteli, Buzovna-Mərdəkan-Qala avtomobil yolu, Zığ dairəsi-Heydər Əliyev Beynəlxalq Aeroportu avtomagistralının 13-cü kilometrliyindən Qala qəsəbəsinə gedən yol, yeraltı avtomobil dayanacağı, Sumqayıt şəhərində “Gilan” Tekstil Parkı, Şirvan şəhərində “Cənub” Elektrik Stansiyası, Olimpiya İdman Kompleksi və Şirvan-Muğan qrup su kəməri, Abşeron rayonunda Birdəfəlik plastik qablar və priforminqlər istehsalı, “Milla” süd məhsulları və dondurma istehsalı zavodları, Ağstafa rayonunda Peyntbol və Atıcılıq Mərkəzi, Qazax rayonunda Sement zavodu, Qazax-Quşçu Ayrım avtomobil yolu, Qəbələ rayonunda üzüm emalı zavodu, heyvandarlıq-südçülük kompleksi, Qobustan rayonunda İdman Kompleksi, Hacıqabul rayonunda Seramik plitələr istehsalı zavodu, Xaçmaz rayonunda Quba-Xaçmaz Regional İnkişaf Mərkəzi, Olimpiya İdman Kompleksi, Siyəzən rayonunda Gənclər Mərkəzi, Tovuz rayonunda Hemodializ Mərkəzi, Tovuz-Qovlar-Ağbaşlar avtomobil yolu, Şabran rayonunda Vəlvələçay-Taxtakörpü kanalı, Taxtakörpü su anbarı, Şabran-Pirəbədil-Zeyvə avtomobil yolu və digər istehsal və qeyri-istehsal təyinatlı obyektlər istifadəyə verilib.

Bu il inşasının davam etdirilməsi məqsədəuyğun sayılan obyektlərdə işlərin aparılması üçün dövlət büdcəsində nəzərdə tutulmuş 7 055,2 mln. manat vəsaitin 3 958.2 mln. manatı istifadə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR