Gültəkin Hacıbəylinin şikayəti təmin edilməyib

Gültəkin Hacıbəylinin şikayəti təmin edilməyib
# 04 sentyabr 2013 12:16 (UTC +04:00)

G. Hacıbəylinin vəkili Bəhruz Bayramovun APA-ya verdiyi məlumata görə, prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, G. Hacıbəylinin keçmiş qayınanası Nəhayət Məmmədova iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edib. İddiada G. Hacıbəylinin N. Məmmədovaya 50 min dollar borcu olması qeyd edilib və həmin pulun ödənilməsi tələb edilib. Məhkəmə iddianı təmin edib. Məhkəmə G. Hacıbəyliyə məxsus əmlaklara həbs qoyulması barədə qərardad çıxarıb. Həmin qərardadla razılaşmayan G. Hacıbəyli isə apellyasiya şikayəti verərək qərardadın ləğv olunmasını istəyib.

Nəhayət Məmmədovanın oğlu Mahmud Mehdiyevlə G.Hacıbəyli boşanıblar. N.Məmmədovanın tələb etdiyi pulun isə vaxtilə G.Hacıbəyli tərəfindən borc kimi alındığı bildirilir. Sabiq deputatla keçmiş həyat yoldaşı arasında uzun müddətdən bəri davam edən ailə münaqişəsi var. M. Mehdiyev G. Hacıbəylini oğlunu onun əlindən almaqda ittiham edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR