Bakı-Şamaxı yolunda iki avtomobil toqquşub, sürücü və anası ölüb, ailənin digər iki üzvü xəsarət alıb - YENİLƏNİB

Bakı-Şamaxı yolunda iki avtomobil toqquşub, sürücü və anası ölüb, ailənin digər iki üzvü xəsarət alıb - <span style="color: red;">YENİLƏNİB
# 06 oktyabr 2013 16:23 (UTC +04:00)
APA-nın məlumatına görə hadisə bu gün saat 13:00 radələrində yolun 63-cü kilometrliyində, Qobustan rayonu ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Səmədov Ramiz Ələddin oğlunun idarə etdiyi 10-FR-782 dövlət nömrə nişanlı "VAZ 2107" markalı minik avtomobili qarşı tərəfdən gələn Biləsuvar rayon sakini Quliyev İlqar Özbək oğlunun idarə etdiyi «2085» tranzit nömrə nişanlı "Ford" markalı yük avtomobili ilə toqquşub. Hadisə nəticəsində "VAZ 2107" markalı minik avtomobilin sürücüsü Ramiz Səmədov və onun anası 1938-ci il təvəllüdlü Səmədova Minarə Ömər qızı hadisə yerində dünyasını dəyişiblər. Avtomobildə olan sürücünün həyat yoldaşı və oğlu isə yüngül xəsarət alıblar. Xəstəxanada onlara ilkin tibbi yardım göstərilib və hər iki şəxs evə buraxılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

****

17:54


Qobustan. Elvin Yaqubov-APA. Oktyabrın 6-da Bakı-Şamaxı yolunun 62-ci kilometrliyində - Qobustan rayonu ərazisində "VAZ" markalı minik avtomobili ilə "FORD" markalı yük avtomobil toqquşub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "VAZ" markalı avtomobilin sürücüsü Səmədov Ramiz Ələddin oğlu və sərnişini Səmədova Minarə Ömər qızı aldıqları bədən xəsarətlərindən hadisə yerində ölüb və deformasiyaya uğramış avtomobildə sıxılmış halda qalıblar.

Cəsədlər təhlükəsizlik qaydalarına riayət olunmaqla, yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alət və avadanlıqlar vasitəsilə avtomobildən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR