Azərbaycanın xarici ticarət dövriyyəsi 6% artıb

Azərbaycanın xarici ticarət dövriyyəsi 6% artıb
# 21 oktyabr 2013 14:36 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 26,127 mlrd. ABŞ dolları təşkil edib.

«APA-Economics»in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, keçən ilin müvafiq dövrünə nisbətən 6,39% çoxdur.

Belə ki, bu ilin 9 ayında idxal əməliyyatlarının həcmi 8,069 mlrd. dollar təşkil edib və bu, ötən ilin müvafiq dövrünə nisbətən 19,22% çoxdur.

Hesabat dövründə ixrac əməliyyatları 18,058 mlrd. dollar təşkil edib. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 1,51% artım deməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR