Azərbaycanda 48 yaşlı kişi oğlunu və baldızını bıçaqlayıb

Azərbaycanda 48 yaşlı kişi oğlunu və baldızını bıçaqlayıb
# 10 oktyabr 2013 07:00 (UTC +04:00)

Siyəzən rayon sakini, 1965-ci il təvəllüdlü Çingiz Nuriyev oğluna və baldızına bıçaqla xəsarət yetirib. Nəticədə 18 yaşlı Dəyanət Nuriyev və 45 yaşlı Xavər Qoçalıyeva bədənin müxtəlif nahiyələrinin kəsilmiş-deşilmiş yaraları ilə Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə gətirilib. Tibb müəssisəsindən APA-ya verilən məlumata görə, yaralıların heç birinin həyatı üçün təhlükə yoxdur.

Siyəzən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törədən Ç.Nuriyev saxlanılaraq istintaqa cəlb olunub. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR