Ukraynanın şərqində rusiyalı jurnalist ölüb - FOTO

Ukraynanın şərqində rusiyalı jurnalist ölüb - <span style="color: red;">FOTO
# 17 iyun 2014 14:12 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Luqansk vilayətinin Mirnıy qəsəbəsində minaatan mərmisinin partlaması nəticəsində yaralanan jurnalist Luqansk vilayət kliniki xəstəxanasına çatdırılıb. Lakin o, xəstəxanaya gətirildikdən 35 dəqiqə sonra keçinib.

İ. Kornelyuk Ukraynanın şərqində döyüşlərin başladığı gündən bu yana ölən ilk rusiyalı jurnalistdir. Qeyd edək ki, rusiyalı media nümayəndələri Ukraynanın şərqində açıq-aşkar separatçıların tərəfini tutur və silahlı separatçı-terrorçu qruplaşma ilə birlikdə hərəkət edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR