Rüşvət istəməkdə təqsirləndirilən baş redaktorun məhkəməsi başlayıb

Rüşvət istəməkdə təqsirləndirilən baş redaktorun məhkəməsi başlayıb
# 22 yanvar 2014 11:30 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Sumqayıt Şəhər Məhkəməsində “İynə” satirik jurnalının həbsdə olan baş redaktoru Baloğlan Mirzəlinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

B. Mirzəlinin vəkili Anar Qasımlının APA-ya verdiyi məlumata görə, hazırlıq iclasında məhkəmə baxışının vaxtı yanvarın 29-na təyin edilib.

Qeyd edək ki, B. Mirzəli Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü bölməsinin əməkdaşları tərəfindən həbs olunub. B. Mirzəli 26 noyabr 2013-cü il tarixində izahat alınması üçün bölməyə çağırılıb və 28 noyabr 2013-cü il tarixdə haqqında bir ay müddətində həbs qətimkan tədbiri seçilib. Buna səbəb kimi onun Bakı-Sumqayıt şosesində yerləşən “Turac” kafesinin sahibindən rüşvət istəməsi göstərilib.

O, Cinayət Məcəlləsinin 182.1 (hədə-qorxu ilə tələb etmə) maddəsinə əsasən ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR