İranın BMT-dəki daimi nümayəndəsi dəyişdirilib - FOTO

İranın BMT-dəki daimi nümayəndəsi dəyişdirilib - <span style="color: red;">FOTO
# 01 aprel 2014 14:35 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın BMT-dəki daimi nümayəndəsi dəyişdirilib.

APA-nın İSNA-ya istinadən verdiyi məlumata görə, İran prezidentinin sərəncamı ilə bu vəzifəyə Həmid Abutalıbi təyin edilib. Bu postda o, 2007-ci ildən bəri İranın BMT-dəki daimi nümayəndəsi kimi fəaliyyət göstərən Məhəmməd Xəzaini əvəzləyib.

Qeyd edək ki, H.Abutalıbi Həsən Ruhani hökumətində vitse-prezident vəzifəsində çalışıb. Onun 56 yaşı var və diplomatik karyerasına 1979-cu il inqilabının ilk illərindən başlayıb. H.Abutalıbinin İranın ali dini lideri ilə münasibətlərinin yaxşı olduğu, İran Məsləhət Şurasının sədri, eks-prezident Əliəkbər Haşimi Rəfsəncaniyə yaxın bir kadr olduğu bildirilir. Eyni zamanda onun ABŞ-a viza problemi həll olunduqdan sonra gedəcəyi və yeni işinə başlayacağı vurğulanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR