Dow Jones indeksi 0,9%, S&P 500 1,0%, Nasdaq 1,3% yüksəlib

Dow Jones indeksi 0,9%, S&P 500 1,0%, Nasdaq 1,3% yüksəlib
# 10 sentyabr 2013 06:40 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Sentyabrın 9-da Amerika fond bazarında Dow Jones indeksi 0,9% - 15 063 bəndədək, S&P 500 1,0% - 1 672 bəndədək, Nasdaq 1,3% - 3 706 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin yüksəlməsinə Çinin xarici ticarəti barədə müsbət statistika təsir edib. Belə ki, Çinin xarici ticarətin profisiti 28,52 mlrd. dollara bərabər olub, halbuki proqnozlara əsasən, bu göstərici 20 mlrd. dollar səviyyəsində gözlənilirdi.

Avropa fond bazarlarında sentyabrın 9-da FTSE 100 indeksi 0,03% - 6 531 bəndədək enib, Almaniya DAX-ı 0,01% - 8 276 bəndədək yüksəlib, Fransa CAC-40-ı isə 0,2% - 4 040 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 1 378,9 dollar bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3164 dollar təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR