Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun gəlirləri gələn il 11% artacaq

 Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun gəlirləri gələn il 11% artacaq
# 30 oktyabr 2013 13:29 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Milli Məclisin Sosial siyasət Komitəsinin bu gün keçirilən iclasında «Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il dövlət büdcəsi haqqında» qanun layihəsinin müzakirəsi zamanı DSMF-nin nun sədr müavini Elman Mehdiyev bildirib.

E.Mehdiyev qeyd edib ki, Fondun 2014-cü ildəki gəlirləri 2,928 mlrd. manat həcmində proqnozlaşdırılır.

Onun sözlərinə görə, gəlirlərin 60,8%-ni və ya 1,784 mlrd. manatını məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar təşkil edəcək: «Bu da 2013-cü ilin proqnozuna nisbətən 14,9% çoxdur».

DSMF rəsmisi bildirib ki, gələn ilki proqnozlara əsasən, büdcədən maliyyələşən təşkilatlar tərəfindən ödənilən sosial sığorta haqları 660,4 mln. manat təşkil edəcək.

E.Mehdiyev eyni zamanda bildirib ki, Fondun xərcləri gələn il üçün 2,929 mlrd. manat səviyyəsində proqnozlaşdırılır və bu, 2013-cü ilin proqnozuna nisbətən 295,8 mln. manat və ya 11,2% çoxdur. Əhaliyə ödənişlər 2,862 mlrd. manat təşkil edəcək, əmək pensiyalarının ödəniş xərcləri əhaliyə ödənişlərin 97,4%-ni təşkil edəcək. Pensiya ödənişlərinə 2,789 mlrd. manat yönəldiləcək. Bu da 2013-cü illə müqayisədə 11,5% və ya 288,3 mln. manat çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR