Kürdəmirdə 3 yaşlı uşaq yanaraq ölüb - VİDEO

Kürdəmirdə 3 yaşlı uşaq yanaraq ölüb - <span style="color: red;">VİDEO
# 16 may 2014 15:34 (UTC +04:00)

Kürdəmir rayon Prokurorluğundan APA-ya verilən məlumata görə hadisə bu gün saat 13:00 radələrində Kürdəmirin Cənub məhəlləsində baş verib. 2010-cu il təvəllüdlü Məmmədova Şərəf Razim qızı evdə qardaşı 2011-ci il təvəllüdlü Radim Məmmədovla birgə oynayarkən əlindəki alışqanla onun paltarını yandırıb. Azyaşlı Radim Məmmədov köməksiz vəziyyətdə qalaraq tamamilə yanıb. Uşağın qışqırıq səsini eşidən anası Radimi götürərək həyətdən keçən su arxına salaraq yanğını söndürüb. Dərhal Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Radim Məmmədovun bədəni 100 faiz yandığı üçün vəziyyəti getdikcə pisləşib və uşaq təcili olaraq Bakıdakı Respublika Yanıq Mərkəzinə çatdırılıb. Həkimlərin səyinə baxmayaraq 3 yaşlı uşaq aldığı ağır yanıq xəsarətləri səbəbindən xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Kürdəmir rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR