İran və Fransa xarici işlər nazirləri görüşüb

İran və Fransa xarici işlər nazirləri görüşüb
# 26 sentyabr 2013 11:49 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran və Fransa xarici işlər nazirləri arasında görüş keçirilib. APA-nın İRNA-ya istinadən məlumatına görə, görüş sentyabrın 25-də Nyu-Yorkda BMT Baş Assambleyasının 68-ci sessiyası çərçivəsində baş tutub.

Məhəmməd Cavad Zərif bildirib ki, İran “altılıq” ölkələri ilə ciddi müzakirələrə hazırdır: “Qarşı tərəfin də bu müzakirələrdə lazımi ciddiyyətə sahib olmasını gözləyirik”.

İran XİN rəhbəri ölkəsinin Suriyadakı proseslərlə bağlı da mövqeyini açıqlayıb: “Bu ölkədəki böhran Suriyadakı tərəflər arasında keçirilən müzakirələrlə öz həllini tapmalıdır. Suriya böhranında radikal qrupların rolundan və onların kimyəvi silahlar əldə etməsi ehtimalından narahatıq. Oxşar təhlükələrə qarşı qəti tədbirlər görülməlidir. Suriyaya hər cür xarici müdaxilə qəbuledilməzdir. Bu ölkənın gələcəyi radikal qruplarsız əhəmiyyətlidir”.

Loran Fabius isə öz növbəsində iki ölkə prezidentləri Həsən Ruhani və Fransua Ollandın görüşünü müsbət qiymətləndirib. Onun sözlərinə görə, Suriya böhranı davam etdiyi müddətcə vəziyyət daha kompleks hal alacaq və radikal qrupların fəaliyyətləri üçün lazımi mühit yaranacaq.

Görüşün sonunda İranla Fransa arasında davamlı siyasi görüşlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində həyata keçirilməsi qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR