"Neftçi" Çempionlar Liqasında mübarizəni dayandırıb

"Neftçi" Çempionlar Liqasında mübarizəni dayandırıb
# 24 iyul 2013 00:19 (UTC +04:00)

APA-nın Apasport.az saytına istinadən verdiyi xəbərə görə, qitənin ən titullu klub turnirində mübarizə aparan yeganə təmsilçimiz “Neftçi” də bu gün meydana çıxıb.

Bakıda keçirilən ilk matçda Albaniyanın “Skenderbeu” klubu ilə qolsuz heç-heçə edən çempionumuz mərhələ keçmək üçün səfərdə münasibətlərinə aydınlıq gətirib. Bu matçda baş məşqçi Böyükağa Hacıyevin yetirmələrinə ya qollu heç-heçə, ya da qələbə lazım idi ki, növbəti mərhələyə keçsin.

Oyunun əsas vaxtına qədər tərəflər fərqlənə bilməyiblər. Matça əlavə edilən dəqiqələrdə isə meydan sahibləri istəyini reallaşdırıb. 116-cı dəqiqədə Nureddin Orelesinin qüvvətli zərbəsi təmsilçimizin qapıçısı Saşa Stamenkoviç üçün qarşısı alınmaz olub – 1:0.

Beləliklə, ötən mövsüm Avropada uğurlu çıxışı ilə futbolumuzda tarix yazaraq, diqqət mərkəzinə düşən “Neftçi” eyni uğuru təkrarlaya bilməyib.

Çempionlar Liqası

II təsnifat mərhələsi (cavab oyunu)

23 iyul

“Skenderbeu” (Albaniya) - “Neftçi” (AZƏRBAYCAN) - 1:0

QOL:Orelesi, 116

QIRMIZI VƏRƏQƏ: İqor Mitreski, 90+2

Korça. “Skenderbeu” stadionu

Baş hakim: Pavel Gil

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR