Azərbaycanda adı korrupsiyada hallanan baş həkim işdən çıxarılıb

Azərbaycanda adı korrupsiyada hallanan baş həkim işdən çıxarılıb
# 30 oktyabr 2013 12:38 (UTC +04:00)

APA-nın xəbərinə görə, Zaqatala rayon Mərkəzi Xəstəxanasının baş həkimi Zülfüqar Mahmudov səhiyyə nazirinin əmrinə əsasən, tutduğu vəzifədən azad olunub. Adı korrupsiyada hallanan baş həkimin fəaliyyətindəki nöqsanlara görə işindən çıxarıldığı bildirilir.

Zaqatala rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsinə isə Səhiyyə Nazirliyinin Tibbi Yardımın təşkili şöbəsinin məsləhətçisi Leyla Seyidəliyeva təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR