Riqada ticarət mərkəzi uçub: 2 nəfər ölüb, 15 nəfər yaralanıb, 30-dək insan dağıntılar altında qalmaqdadır

Riqada ticarət mərkəzi uçub: 2 nəfər ölüb, 15 nəfər yaralanıb, 30-dək insan dağıntılar altında qalmaqdadır
# 21 noyabr 2013 20:50 (UTC +04:00)

Bakı-APA. Riqada ticarət mərkəzinin uçması nəticəsində azı 2 nəfər ölüb, 15 nəfər xəsarət alıb. Dağıntılar altında 30-dək insanın qaldığı ehtimal edilir. APA-nın “Delfi” portalına istinadən verdiyi xəbərə görə, birinci uçqundan bir müddət sonra ticarət mərkəzində ikinci uçqun baş verib. Dağıntılar altında xilasedicilərin və yanğınsöndürənlərin qalması istisna olunmur.

Hadisə şahidlərinin məlumatına görə, uçquna səbəb obyektin damında aparılan təmir-tikinti işləri olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR