Azərbaycan son on ildə 264 döyüş tankı alıb

Azərbaycan son on ildə 264 döyüş tankı alıb
# 29 oktyabr 2013 10:23 (UTC +04:00)

APA-nın məlumatına görə, BMT-nin Adi Silahlar Registrində son on ildə Azərbaycanın Belarus, Ukrayna, Rusiya və Slovakiyadan tanklar aldığı göstərilib.

2013-cü ildə Rusiyanın Azərbaycana satışını reallaşdırdığı T-90S tankları isə hesabatda yer almayıb. Məlumatlara görə, Azərbaycan Rusiyaya 100 ədəd T-90S tankı sifariş verib.

Registrdə qeyd olunan məlumatlara görə, Azərbaycan 2002-2012-ci illərdə Belarusdan 153, Rusiyadan 62, Ukraynadan 48, Slovakiyadan isə 1 ədəd döyüş tankı əldə edib.

Bunların əsas qismi T-72 markalı döyüş tankları olub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR